Bəstəkar Fərahim Sadiq Müdafiə Nazirliyinin “Fəxri Fərman”ına layiq görüldü

 16:00 09.03.2023     608

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İB-nin başkan yardımcısı, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin fəxri üzvü, bəstəkar Fərahim Sadiq 55 illik yubileyi ərəfəsində cənab nazir Zakir Həsənov tərəfindən Müdafiə Nazirliyinin “Fəxri Fərman”ına layiq görülüb.

Redaktor.az xəbər verir ki, tanınmış bəstəkar Fərahim Sadiq Azərbaycan Ordusunun təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində göstərdiyi xidmətlərə və mənəvi dəstəyə görə təltif olunub.

Qeyd edək ki, Fərahim Sadiq 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin, Dünya ALPAQUT Federasiyasının tədbirlərində musiqi tərtibatçısı kimi yaxından iştirak edir, müxtəlif maraqlı musiqi layihələri ilə çıxış edir.

Onun “ƏSGƏRNAMƏ” adlı musiqi layihəsi özəlliklə seçilir. Fərahim Sadiq tanınmş hərbi diktor  Şəmistan Əlizamanlının ifasında yer alan “Tanrı Türkə yar olsun!”, “Haydı Bismillah”, sözləri Seymur Şeydayevə məxsus olan "Ali Baş Komandan", "Gözlədiyin Turan gəlir" kimi sevilən mahnıların ilkin aranjmançısıdır.

Dünya Gənc Türk Yazarlar Birliyi  tanınmış bəstəkarı 55 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.