Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO

 15:30 21.03.2023     350

Dövlət Kukla Teatrı Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində təşkil olunan Novruz bayramı şənliyinə qatılıb, konsert-tamaşa nümayiş olunub.

Dövlət Kukla Teatrından Redaktor.az-a verilən xəbərə görə, Kəndin Klub İcma Mərkəzinin qarşısında yaradılan səhnəyə ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrının truppası çıxıb və özündə Qarabağ məişəti və mədəniyyətinin çalarlarını daşıyan Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını göstəriblər.

 

Nümunənin quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir. Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Aygül Ağayeva canlandırdılar. Nümayişin ardınca səhnə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının (studiyanın rəhbəri Səidə Haqverdiyeva) ifaçılarının ixtiyarına verilib. İstedadlı uşaq və yeniyetmələrin ifasında (Selcan Xatun, Aylin Nəcəfli, Hökumə Ağayeva, İbrahim Laçın, Adil Əlizadə) “Can Qarabağ” adlı rəngarəng konsert proqramı təqdim olunub.

Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevanın aparıcılığı ilə baş tutan konsert-tamaşa maraqlı anlarla yadda qalıb. Sakinlər və qonaqlarla qarşılıqlı ünsiyyət şəraitində keçən tədbirdə Qarabağ qaziləri, Vətən müharibəsi şəhidlərinin doğmaları təbriklərini ürək sözlərini bölüşüblər, kənd sakinlərinə qoşulub rəqs ediblər.

Foto

Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO Dövlət Kukla Teatrı Talış kəndində konsert-tamaşa nümayiş etdirib - FOTO

#

APA

Dövl