Azərpaşa Nemətovla vida mərasiminin vaxtı dəyişdirildi

Xalq artisti Azərpaşa Nemətovla vida mərasiminin vaxtı dəyişdirilib.
Bu barədə Redaktor.az-a Akademik Milli Dram Teatrından bildirilib.
Belə ki, vida mərasimi sabah saat 15:00-da Akademik Milli Dram Teatrında keçiriləcək.
Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.