Xalq artisti dəfn olundu

 14:26 10.04.2023     538

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Xalq artisti İrana Tağızadə dəfn olunub.

Redaktor.az xəbər verir ki, mərhumla əvvəlcə Təzəpir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, mədəni-ictimadi xadimlər iştirak edib.

Daha sonra mərhumun cənazəsi Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, İrana Tağızadə dünən ürəktutmasından vəfat edib.