Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olundu - FOTO

 16:34 10.04.2023     341

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub.

Redaktor.az xəbər verir ki, əvvəlcə mərhumla Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

 

Mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Daha sonra cənazə İkinci Fəxri Xiyabana aparılaraq dəfn olunub.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

***

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi başa çatıb.

Redaktor.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azər Paşa Nemətovun həyat və yaradıcılığı barədə geniş məlumat verib.

Çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatrı yaşadıqca Azər Paşa Nemətovun da yaşayacağını qeyd edib.

Xalq artisti Hacı İsmayılov Azər Paşa Nemətovun Azərbaycan teatı üçün səyləri barədə geniş söz açıb.

Çıxışlar bitdikdən sonra Azər Paşa Nemətovun cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

22222222