Tatarıstan Dövlət Şurasının başqanı Qənirə Paşayevanı təltif etdi - FOTO
Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmədşin Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı təltif edib.
Redaktor.az xəbər verir ki, Tatarıstan Respublikası Dövlət Şurası başqanının “Təşəkkürnaməsi”ni və Dövlət Şurasının nişanını Şuranın üzvü, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində keçirilən tədbirdə Q.Paşayevaya təqdim edib.
Q.Paşayevaya həmçinin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəsi Murad Qadılşin tərəfindən “Təşəkkürnamə” təqdim edilib.
Qeyd edək ki, Q.Paşayeva tatar ədiblərinin azərbaycanca gün üzü görən müxtəlif kitablarının məsləhətçisi və müvafiq səfərlərin, təqdimat mərasimlərinin dəstəkçisi olub.