ADU-nun əməkdaşları ilə Biləsuvar Məktəb-Liseyində görüş keçirilib - FOTO

 14:32 19.04.2023     504

İki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. Xuraman Əsgərova, baş müəllimlər Nailə Hüseynova, Gülşən Əhmədova, Filologiya fakültəsi nəzdində Alman dilinin qrammatikası və fonetikası kafedrasının baş müəllimləri Məryəm Babayeva və Solmaz Əlizadə, Alman-Azərbaycan Mübadilə Xidmətinin (DAAD) ADU-dakı rəhbəri Mara Liza Gezer Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə səfər ediblər.

Redaktor.az xəbər verir ki, görüşdə DAAD rəhbəri Almaniyada təhsil sistemi, DAAD təqaüd proqramları haqqında şagirdlərə geniş məlumat verib, Məryəm Babayeva və Solmaz Əlizadə bu mövzu ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb. Nailə Hüseynova və  Gülşən Əhmədova Almaniyanın milli bayramı olan Ostern (Pasxa) milli atributlarla şagirdlərə təqdim olunub.

Tədbirin yekununda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. Xuraman Əsgərova kafedra əməkdaşlarının çap və tərcümə olunmuş kitablarını Kompleks kitabxanasına hədiyyə etdi, xatirə şəkli çəkdirilib.

Sonra müəllim və tələbələr Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə baş çəkiblər.

2222