Şairlərimiz “Personalite” Qızıl Medalı ilə təltif edildilər

 22:31 21.04.2023     861

Moldovada fəaliyyət göstərən “Personalite ” Beynəlxalq İctimai Birliyinin (Asociaţia Internaţională Obştească “Personalitate”) eyniadlı nəşri bu ilin aprel ayının 14-də “Personalite” Medalının təqdimetmə mərasimini keçirib.

Azərbaycandan medal Xalq şairi Ramiz Rövşənə və şair Səlim Babullaoğluna verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Kişineuda yaşayan, uzun illər Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş həmyerlimiz, tanınmış ictimai xadim və iş adamı, hüquq elmləri doktoru Vüqar Novruzovun offisindən məlumat veriblər.

Qeyd edək ki, daha əvvəl “Personalite” jurnalının son sayı və həmin sayda dahi Nizami Gəncəvi, Rəsul Rza, Vaqif Səmədoğlu, Ramiz Rövşən və Səlim Babullaoğlunun şeirləri iki dildə-Azərbaycan və rus dillərində təqdim edilib.

Toplunun tərtibçisi və naşiri “Personalite” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.