Aftandil İsrafilov sabah dəfn olunacaq

 14:50 29.04.2023     717

Xalq artisti, "Şöhrət" ordenli qarmon ifaçısı Aftandil İsrafilov sabah dəfn olunacaq.

Bu barədə Redaktor.az-a mərhumun qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində olacaq:

“Dəfn yerini isə hələ dəqiqləşdirməmişik. Nazirlik "Qurd qapısı"ndakı II Fəxri Xiyabanı təklif etdi. Bu barədə ailəmiz axşam qıərar verəcək”.

"Atanızın harda dəfn edilməsi barədə hansısa vəsiyyəti olubmu?",-  sualına Həcər xanım belə cavab verdi:

"Atam son günəcən sağalacağına ümid edib, ölüm barədə düşünmürdü. Ümumiyyətlə, o heç vaxt ölüm barədə danışmadığı üçün harda dəfn olunması haqqında da danışmayıb".

Mədəniyyət Nazirliyindən isə qeyd edilib ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər Məscidində keçiriləcək. Mərhum sabah saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, A.İsrafilov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tunar Altunbay