Milli Muğam Müsabiqəsi iki ildən bir keçiriləcək

 19:41 30.04.2023     417

Bu gün Milli Muğam Müsabiqəsinə yekun vuruldu, qaliblər mükafatlandırıldı. Bu müsabiqə Heydər Əliyev Fondunun təşkilatçılığı nəticəsində keçirildi. Münsiflər heyətinin sədri kimi deyə bilərəm ki, instrumental ifaçılıq daha yüksək səviyyədə idi. Burada qalib olanlar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Muğam Müsabiqəsinin münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi deyib.

“Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında Azərbaycan təmsilçiləri yüksək nəticə göstərmək istəyirlərsə, repertuarlarını əvvəlcədən bizə təqdim etməlidirlər. Biz beynəlxalq festivalda ölkəmizin milli nəfəs alətində təmsil olunmasına da çalışacağıq. Mən balaban alətini nəzərdə tuturam. Bununla bütün dünyaya bir daha bəyan etməliyik ki, balaban bizim milli musiqi alətimizdir”, - deyən S.Kərimi əlavə edib ki, Milli Muğam Müsabiqəsinin iki ildən bir keçirilməsi nəzərdə tutulur.