Akademik Milli Dram Teatrına yeni rəhbər təyin edildi  - FOTO

 15:45 13.05.2023     593

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.