Xalq artisti onkoloji xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI

 10:48 18.05.2023     473

Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb. 

Redaktor.az xəbər verir ki, sənətkar bununla bağlı “Facebook” səhifəsində məlumat yayıb. 

Aktyor bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır:

“Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına, müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm. Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma qaldığı və nəzarətdə saxladığına görə təşəkkür edirəm! Hamınızdan çox razıyam, tezliklə sağalıb sizinlə görüşmək üzərə… Hörmətlə, Xalq artisti Ramiz Məlik”. 

Tunar Altunbay