Komitə sədri tənqidçi Vaqif Yusiflini təbrik etdi
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Vaqif Yusifli ilə görüşüb, onu 75 illik yubileyi münasibəti ilə təbrik edib.
Redaktor.az xəbər verir ki, Vaqif Yusiflinin ədəbiyyatşünaslığımıza uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib.
Komitə sədri V.Yusiflinin yubileyi münasibəti ilə ona xatirə hədiyyəsi və Mədəniyyət komitəsi adından Təbrik məktubu təqdim edib.
Qeyd edək ki, V.Yusifli Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinizə görə 2003-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 2018-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.
Onun “Nəsr, konfliktlər, xarakterlər” (1986), “Məmməd Araz dünyası” (1994), “Ürəyimi sərdim Günəşə” (1997), “Tənqid yarpaqları” (1998), “Bu nə sehirdir belə” (1999), “Tənqid və bədii söz” (2002), “Tənqid də yaradıcılıqdır” (2003), “Yolayrıcı” (2004), “Fikrət Qoca-70 il” (2005), “Yaxşı ki, sən varsan” (2007), “Sındır qəfəsi…” (2008), “Rəsul Rza və müasir Azərbaycan poeziyası” (2010), “Şeirimizin Nərimanı” (2011), “Bölgələrdə ədəbi həyat” (2017), “Azərbaycan qəzəli” (2018) və b. kitabları işıq üzü görüb.
Turan İSMAYIL