ADU-nun əməkdaşının həmmüəllif olduğu kitab çap olunub

 14:31 14.07.2023     290

Türk Dil Qurumu tərəfindən “Türk dünyasında terminologiya araşdırmaları” kitabı çap olunub. Kitabın 2018-ci ildə Türk Dil Qurumunun Elm və tədqiqat şöbəsi tərəfindən hazırlanması qərara alınmışdı. 

Qurum türk respublikalarında – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, muxtar respublika olan Qaraqalpaqıstan, Tatarıstan, Başqırdıstan, həmçinin Çuvaşistanda və Şərqi Türküstan Uyğur Muxtar Respublikasında aparılan terminoloji çalışmaları əhatə edəcək fundamental bir tədqiqat əsərini hazırlamağı qarşısına məqsəd qoymuşdu. 

Kitabın “Azərbaycanda terminoloji araşdırmalar” adlı fəsli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadiqova və ADU Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun həmmüəllifliyi ilə hazırlanıb.