Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada oldular - FOTO

 19:06 14.07.2023     333

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də Şuşada davam edir.

Redaktor.az xəbər verir ki, Vaqif Poeziya Günlərinin iştirakçıları tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı”nda tarixi məkanları ziyarət ediblər.

Ekskursiya Milli Xalça Muzeyinin Şuşa filialından başlayıb. Burada qonaqlara məlumat verilib ki, Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa imkan yaradır.

Sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılan Saatlı məscidində olublar. Onlara məlumat verilib ki, burada konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun aparılır. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılır.

Həmçinin, qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, məscidin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.

222222