Xalq artisti Şahnaz Haşımovanın səhhəti ilə bağlı AÇIQLAMA

 15:44 23.07.2023     657

“Artıq yavaş-yavaş səhhətim yaxşılaşır”.

Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.

Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:

“İnanıram ki, tezliklə ayağa qalxacağam”.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya - Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.