Azərbaycan kinosuna itki üz VERDİ

Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.
Bu barədə Redaktor.az-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.
Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir neçə filmdə əsas rolların ifaçısı olub.