"Azərbaycan Dili və Ədəbiyyatı" Forumu başa çatdı - YENİLƏNİB

 13:43 03.09.2023     438

Bakıda "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun son günü başa çatıb.

Redaktor.az xəbər verir ki, forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forum Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş tutub.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində, digər iki günü isə Bakıda "Gülüstan" sarayında keçirilib.

***
11:55

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun sonuncu günü işə başlayıb.

Redaktor.az xəbər verir ki, ölkənin tanınmış ədəbiyyatşünaslarının, yazıçı və şairlərinin, həmçinin dilçi alimlərinin, filoloqların iştirak etdiyi forumun sonuncu günündə kitabın fərdi və sosial həyat əhəmiyyəti məsələsinə dair panel müzakirə aparılacaq.

Paneldə Xalq yazıçısı Çingiz Abdullayevin, yazıçı Əkbər Qoşalının, Milli Kitabxananın direktoru Kərim Tahirovun və digərlərinin çıxışı gözlənilir.