"Azərbaycanfilm" kinostudiyasında yoxlama aparılır

 14:00 11.09.2023     254

Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.

Redaktor.az "apa"ya istinadən xəbər verir ki, məlumatı Kinostudiyanın direktoru Nazim Hüseynov da təsdiq edib.

O bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.

"Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir", - direktor qeyd edib.