Metroda Üzeyir Hacıbəyovun əsərləri səsləndirilir

 09:40 18.09.2023     237

Sentyabrın 18-i ölkəmizdə Milli musiqi Günü kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş XV musiqi festivalı bu gün başlanır və sentyabrın 28-dək davam edəcək. Hər il keçirilən festivala ənənəvi olaraq dünyanın tanınmış müsiqi xadımləri, dirijorlar, ifaçılar dəvət olunub. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, başqa ölkələrdən dəvət olunmuş məşhur musiqi kollektivlərinin, tenorların da çıxışı nəzərdə tutulub.

Redaktor.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təqdim etdiyi parçalar əsasında tərtib edilərək, Musiqi günü və keçirilən festivala həsr olunmuş musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb. Proqrama Üzeyir Hacıbəyovun 11 əsərindən parçalar daxil edilib. Dahi bəstəkarın yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan”romansları, “Koroğlu”.”Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”, ”Cəngi”əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran”xorundan ibarət proqram günün sonuna qədər yayımlanacaq.

18 Sentyabr - Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni, ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək. Konsert proqramı “İçərişəhər” (10:30 - 12:00), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim olunacaq.

Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri salınıb.