Qənirə Paşayeva bir qrup mədəniyyət işçisi, ziyalı və seçici ilə görüşdü - FOTO

 16:26 18.09.2023     341

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva növbəti vətəndaş qəbulu günündə bir qrup mədəniyyət işçisi, pedaqoq və seçicilərlə görüşüb.

Redaktor.az xəbər verir ki, parlamentdə baş tutan görüşdə mədəniyyət işçiləri, ziyalılar, seçicilər öz qayğılarını, ürək sözlərini bölüşüb.

Komitə sədri Əməkdar artist Firuzə İbadova, Şabran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova, General Həzi Aslanovun Lənkərandakı Ev muzeyinin keçmiş direktoru Cəmilə Şərifova, Tovuz rayon sakinləri – istedadlı gənc aşıq Aslan Mehdiyev, Vahidli kənd sakini Elvin Məmmədov, Xatınlı kənd sakini Lalə Məmmədova, Bakı şəhər Nəsimi rayon sakinləri Mehriban Qasımova, Emil Aydınoğlu, Alı Əliyev, Hövsan qəsəbə sakini Osman Sərkərov, Yasamal sakini Sevinc Xəlilbəyli ilə görüşüb.

Q.Paşayeva görüş iştirakçılarını ətraflı dinlədikdən sonra, onları qayğılandıran məsələlərlə bağlı əlaqədar dövlət orqanları ilə telefon bağlantısı yaradıb, onları məlumatlandırıb, müvafiq köməklik göstərilməsini xahiş edib.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin, incəsənətimizin inkişafı ilə bağlı unudulmaz xidmətlərini, onların mədəniyyət işçilərinə, incəsənət xadimlərinə, ümumən vətəndaşlara həssaslıqlarını hər bir ziyalı, məmur və Millət vəkili üçün əsl örnək adlandırıb.

Yaradıcı ziyalılar öz yeni əsərlərini komitə sədrinə təqdim edib.

HƏMİDƏ

222222222