Minadan zərərçəkənlərlə bağlı sənədli film çəkiləcək

 17:01 04.08.2023     82

Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) ictimai birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gözəgörünməz düşmən” sənədli filmi çəkəcək.

Bu barədə Redaktor.az-a layihənin rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, 2 ay davam edəcək layihə zamanı əvvəlcədən müəyyənləşdirlimiş minadan zərərçəkənlər, bu sahədə tanınmış ekspertlərin iştirakı ilə “Gözəgörünməz düşmən” sənədli filmi çəkiləcək. Artıq bu istiqamətdə işlərə başlanıb. 

R.Kərimoğlu layihənin məqsədlərindən danışarkən deyib: “Mina bəşəri qlobal problemlərdən biri olub Qarabağa qayıdışla bağlı planları ləngidir. Hansı ki, bu istiqamətdə də Azərbaycan dövləti, ANAMA, Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası və müxtəlif dövlət qürumları tərəfindən, o cümlədən  aidiyyati üzrə QHT-lər tərəfindən çağırışlar edilmiş, bəyanatlar səsləndirilmişdir. Hazırki dövrdə indiyə qədər olan fəaliyyətlərə baxmayaraq bu problemin işıqlandırılmasına ehtiyac vardır. 31 dəqiqə nəzərdə tutulmuş film ingilis dilində titrlə hazırlanacaq. Bununla dünyada ən çox minadan çirklənən ərazilərdən biri olan Azərbaycanın Qarabağ iqtisadi zonası olmasına ekspertlerin dili ilə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirik. Bu səbəbdən də belə bir filmin çəklişini təklif etdik. Çox sağ olsun Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, layihə təklifimizə müsbət yanaşdı”, - deyə R.Kərimoğlu bildirib.

2