Azərbaycanda Çinin innovativ məhsulları və müasir texnologiyaları nümayiş olundu

 17:14 04.10.2023     315

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Bakı Ekspo Mərkəzində keçirilən “Çin şirkətləri və məhsulları sərgisi”ndə iştirak edib.

Redaktor.az xəbər verir ki, sərgidə 100-dən çox Çin şirkəti öz innovativ məhsullarını və müasir texnologiyalarını nümayiş etdirib.

 ADU-nun Konfutsi İnstitutunun stendində institut tərəfindən Çin dilində nəşr olunan “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasının 30 ili. Prezident salnaməsi”, “İlham Əliyev iki qədim xalqın dostluğunun müasir davamçısıdır”, “Azərbaycanda Çin mədəniyyət ocağı”, “Azərbaycan çinşünaslıq məktəbi” adlı kitablar təqdim olunub.

Konfutsi İnstitutunun müəllimləri Çin şirkətlərinin nümayəndələrinin azərbaycanlı həmkarları ilə ünsiyyət qurmaq üçün dil tərcüməsində kömək edib, həmçinin sərgidə rəngarəng mədəni proqramla çıxış ediblər. Bu proqram çərçivəsində Çin hulusi fleytasında “Mavi naxışlı çini” melodiyası, “Kimin üçün” adlı mahnı və “Şaftalı çiçəkləri” adlanan Çin rəqsi ifa olunub.

2.jpg

3.jpg

5.JPG

1.JPG