Müğənni Samirə ailəsi ilə İsraildə çətin vəziyyətdə qaldı

 14:30 07.10.2023     377

Müğənni Samirə Əfəndi ailə üzvləri meneceri Aydan Topçubaşova ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.

Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.

Bu haqda Samirənin sosial şəbəkə hesabında da paylaşım edilib, videolar paylaşılıb: “Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq".