“Çox pisəm, özümə gələ bilmirəm” - Rəhman Rəhmanov

 17:59 07.10.2023     435

“Vəziyyətim yaxşı deyil, əhvalım çox pisdir. Emilin yoxluğuna alışa bilmirəm”. 

Redaktor.az xəbər verir ki, bunu “qaynarinfo”ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov oğlu Emilin xatirələrindən danışarkən deyib. 

Aktyor təsəllini Emilin birinci həyat yoldaşından olan övladında tapdığını qeyd edib: 

“Bir oğlu var, 3-cü sinifdə oxuyur. Teatra gəlir, tamaşalarıma baxır. Nə yaxşı ki, o var, yoxsa təsəlli tapa bilməzdim. Qismət… Mənimki də belə gətirdi”.

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanovun 44 yaşlı müğənni oğlu Emil Rəhmanoğlu sentyabrın 19-da dünyasını dəyişib.