Hacı Zeynalabdin Tağıyev haqqında film çəkilir - FOTOLAR
Bakı Media Mərkəzi böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunan “Himayədar” adlı film çəkir.
Redaktor.az xəbər verir ki, filmdə həmçinin, XIX əsrin sonu-XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələrə də toxunulur.
Azərbaycanın tarixinin tanıdılmasını məqsədləyən bu önəmli ekran işinin may ayında başlayan 120 çəkiliş gününün 90-ı artıq başa çatıb. Filmin 8 seriyadan ibarət olması nəzərdə tutulub.
Filmin kütləvi səhnələrinin çəkilişində 1600 nəfər iştirak edib. Çəkiliş üçün 70-dən çox məkanda çəkiliş aparılıb və bununla yanaşı 300-dən çox abidə hazırlanıb.