“Xətai” xalçasının təqdimat mərasimi - FOTO

 21:17 14.11.2023     311

Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xaricdəki şəxsi kolleksiyadan alınaraq Vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı olub.

Redaktor.az xəbər verir ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması, həmçinin Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova "Xətai" xalçasının Azərbaycan mədəni irsi üçün əhəmiyyətindən danışıb.

Sonra Şərq xalçaları üzrə beynəlxalq konfransın (ICOC) akademik komitəsinin sədri, italiyalı kolleksiyaçı, dünyaca məşhur xalça eksperti Alberto Boralevi çıxış edib.

O qeyd edib ki, Azərbaycana ilk dəfə qırx il əvvəl gəlib. Mütəxəssis müasir dövrümüzlə qırx il öncəki dövrü müqayisə edərək muzeyin xalça siyasətinin yeniləndiyini xüsusi qeyd edib.

2