Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirildi
Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirilib.
Redaktor.az xəbər verir ki, konsert Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Ukrayna Milli Simfonik Orkestrinin klassik musiqi çıxışına Azərbaycanın Xalq artisti, professor Yalçın Adığözəlov dirijerloq edib.
Konsertdə Ukrayna dövlət rəsmiləri, Ali Radanın deputatları, universitet rektorları, Ukraynada fəaliyyət göstərən xarici ölkələrin səfirləri, mədəniyyət xadimləri və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.