Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabı çap olunub

 13:53 18.12.2023     220

Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” adlı monoqrafiyasının təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşri çapdan çıxıb.

Redaktor.az xəbər verir ki, kitabın elmi redaktorları türkiyəli alim, görkəmli türkoloq, professor Şükrü Haluk Akalın və filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, rəyçiləri filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəylidir.

Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində gö­rü­­­lən iş­lər, XX yüzilliyin başlanğıcından günümüzə qədər davam edən pro­seslər araşdı­rılıb. Türk­lər ara­sında ortaq ünsiyyət dilinin for­ma­laş­dırılması istiqamətində əlifba və orfoqrafiya prob­lemləri elmi-nəzəri aspektdə təd­qiq olun­ub. Əsərdə türk xalq­la­rı­nın ortaq və ümumi əlifbaya keçməsi yol­­la­rı­nın müəyyənləşdirilməsi, ortaq ünsiyyət dili üçün imla mə­sə­lə­lə­rinin ye­ni­dən aktuallaşması kimi məsələlər öz əksini tapıb. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda çap olunan bu araşdırma problemlər və perspektivləri aydın şəkildə ortaya qoyması baxımından son dərəcə əhəmiyyətlidir.

Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin baka­lavr, magistr və doktorantları faydalana bilərlər.