Fazil Mustafa Yusif Vəzir Çəmənzəminlinin nəşinin Şuşaya gətirilməsini təklif etdi
"Hüseyn Cavidin nəşinin gətirilməsi kimi bir nəşin də ölkəmizə gətirilməsinə bu gün ehtiyac var".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, vaxtilə Yusif Vəzir Çəmənzəminlini 40 il sürgün ediblər.
“Sürgünlüyünün 40-ci ilində vəfat edib. Tarixin mükəmməl yetişdirdiyi şəxsiyyətlərdən olub. Nijni Novqordda dəfn olunub. Onun nəşinin Şuşaya gətirilib dəfn olunmasını təklif edirəm. Şuşaya təkcə əhali köçürülməməldir. Nəşin ən azı bu formada gətirilməsini təmin etməliyik”.
Humay İSGƏNDƏRLİ