Milli Konservatoriya Gəncə Dövlət Filarmoniyası ilə əməkdaşlıq edəcək
Bu gün Azərbaycan Milli Konservatoriyası ilə Gəncə Dövlət Filarmoniyası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Redaktor.az xəbər verir ki, Memorandumu Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi və Gəncə Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Ramil Qasımov imzalayıb.
Tərəflər imza atarkən əsas məqsədi gələcəkdə peşəkar əməkdaşlığı olan bu memorandumun ölkəmizin mədəniyyət və incəsənətinə, milli mənəvi dəyərlərinə, mədəni irsimizin xarici ölkələrdə təmsilinə və bir çox mədəniyyət layihələrinə səbəb olacağından əmin olublar.