Mədəniyyət Nazirliyi Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yaydı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb.
Redaktor.az xəbər verir ki, nekroloqda deyilir:
“Əməkdar artist, tanınmış qarmon ifaçısı, Gülbahar Şükürlü vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”