Uşaq və gənclərin muzeylərə marağını artırmaq lazımdır - Nazir tapşırıq verdi

 10:07 26.01.2024     270

Uşaq və gənclərin muzeylərə marağını təmin etmək məqsədilə yeni layihələr nəzərdə tutulmalıdır.

Redaktor.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli muzey müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə muzey işi, muzey müəssisələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyətinin təşkili ölkə rəhbərliyi və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının zərurətə çevrildiyini deyən nazir bu sahədə konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar dəqiq və davamlı təlimatlandırılmalıdırlar.