Eskişehirdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd edildi - FOTO
Türkiyənin Eskişehir şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.
M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin izlənməsindən sonra jurnalist Aynur İmran “Rəsulzadənin türk dünyası üçün əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.
“Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarının müəllifinin gənc yaşlarından etibarən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən ətraflı bəhs edilib, təkcə siyasətçi deyil, həm də dəyərli mütəfəkkir olduğu, əsərlərinin Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutduğu vurğulanıb.
Eskişehir Azərbaycanlılar Dərnəyi adından jurnalist Aynur İmrana təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.