Ölüm xəbəri yayılmış Cavanşir Quliyev özü danışdı: "Babatam"

"Dualara görə hər kəsə təşəkkür edirəm. Babatam".
Redaktor.az-a xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib.
Xatırladaq ki, sənətkar fevralın 5-də İstanbulun Acı Badem xəstəxanasına yerləşdirilmişdi, hazırda müalicəsi davam edir.