"Xalq ulduzu"nun qalibi bu nazirliyə aparat rəhbəri təyin edildi - VİDEO

 17:33 23.02.2024     698

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Vəli Səfərov 2006-cı ildə "Xalq ulduzu" musiqi yarışmasının qalibi olub.