“Bəyin oğurlanması”nın "Gülbadam"ı vəfat etdi – FOTO

 14:46 07.03.2024     939

“Bəyin oğurlanması” filminin Gülbadamı, aktrisa Naibə Əlibəyova dünyasını dəyişib.

Redaktor.az bildirir ki, bu haqda Moderator.az-a aktrisanın yaxınları məlumat verib. Bildirilib ki, o səhər saatlarında dəfn olunub.

Qeyd edək ki, “Bəyin oğurlanması” filmində Arif Quliyev Miriş, aktrisa Naibə Əlibəyova isə Gülbadam obrazında çəkilib.

Aktrisa uzun illər mərhum xalq artisti Arif Quliyevlə səhnədə tərəf müqabili olub.