“Bu vəsait mədəniyyət sahəsində yaradıcı olmağa imkan vermir"

 11:59 15.03.2024     885

Nazirlər Kabinetinin hesabatı həm də ərazi bütövlüyümüzün tam təmin olunduğu hesabatdır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsait 454 milyon manat təşkil edib:

“Bu vəsait mədəniyyət sahəsində yaradıcı olmağa imkan vermir. Mədəni irsi qorunması istiqamətində işlər görülüb. Fikrimcə hər bölgədə hər vətəndaş üçün mədəniyyət ocağı əlçatan olmalıdır”. 

Humay İSGƏNDƏRLİ