Nəvəsi Mövlud Süleymanlıya şeir həsr etdi

 15:56 18.03.2024     1070

Mərhum Xalq yazıçısı Mövlud Süleymanlının nəvəsi Fidan Sadıqova babasının doğum günü münasibətilə ona şeir həsr edib.

Redaktor.az xəbər verir ki, o bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.

"Cənnətdəki ilk ad günün mübarək, baba! Sən, atam və mən həmişə ürəyimizdəkiləri yazıya tökərək sakitləşərdik. Bu şeiri yazdım, məni bir az da olsa sakitləşdirdi" - deyə F.Sadıqova yazıb.

Həmin şeiri təqdim edirik:

Açıram əllərimi, açıram göyə,

Allaha yalvarıram dönəsən deyə,

Öpəm üzündən, öpəm əllərindən,

“Atam-anam” deyib, sevəsən yenə,

Çox darıxıram, babam, gələsən bəlkə?

 

Atasız qalan uşaqları görəndə,

Yurdundan köçənləri biləndə,

Dərd içində itənlər görüləndə,

Ürəyim göynəyir, yadıma düşürsən,

Çox darıxıram, atam, kaşki dönəsən.

 

Əllərimi əlində sıxıb, sevəsən məni,

Lap uşaqlıqdakı tək güldürəm səni,

Neynirik ki, səndən başqa kimi-kimsəni,

Bu gün ad günündü sənsiz qalan evinə gəl,

Çox darıxıram, baba, heç olmaya, yuxuma gəl...

Qeyd edək ki, Xalq yazıçısı Mövlud Süleymanı bu ilin fevarlın 21-də vəfat edib.

Humay İSGƏNDƏRLİ