"Tamaşaçı qışqırdı ki, it kimi gəbər" - Xalq artisti

 17:06 06.04.2024     3253

"Aktyor olduğum üçün heç vaxt peşman olmamışam. Düzdür, çətin yol keçmişəm, amma başqa sahədə xoşbəxt ola bilməzdim".

Redaktor.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Kazım Adullayev deyib. Aktyor zəhmətinin dövlət tərəfindən qiymətləndirildiyini də qeyd edib:

"Fəxri ad, Prezident təqaüdü, ev və s. verilib, ən başlıcası isə tamaşaçı alqışı və sevgisi qazanmışam. Əgər insan bu sənəti sevirsə, seçirsə, gərək mükafat barədə dusunməsin. Bütün sahələrdə olduğu kimi bu da bir sənətdi, işləyib maaşını alırsan. Hətta yeri gələndə haqsızlığa da uğramışıq. Onlar olmasaydı, maraqsız olardı. Bu da bir stimuldur, irəliyə getməyə, hərəkət etməyə və s. şərait yaradır".

Aktyor çəkildiyi bəzi filmlərdə yaratdığı obraza görə ona nifrət edənlərin olduğunu vurğulayıb:

"Yanmış körpülər", "Seçlən", "Dəfnə agacı" və s. Baxmayaraq ki, böyük rol deyildi, amma yaddaşlarda iz saldı. Orada yaratdığım rola görə mənə nifrət edirdilər. Özüm bilirdim ki, mənə nifrət edirlər, amma yaxınlaşanda səmimi söhbət edir və təşəkkür edirdilər. "Secilən"də erməni roluna görə tamaşaçılar emosiyalarına hakim olmayıb soyürdülər, amma filmdən sonra onu oynayanın aktyor olduğunu unutmurdular. Hətta "Seçilən"in qala gecəsində öldürüldüyüm səhnədə zaldan bir qadın bərkdən qışqırdı ki, "Sobaki sobaciy smert". Yəni, "it kimi gəbər". Onun bu sözü mənə çox xoş gəldi".