Adil Kərimli "Tərəqqi" medallı direktor müavinini işdən çıxardı - FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Səbinə Əsədova vəzifəsindən azad olunub.
Redaktor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri mədəniyyət naziri Adil Kərimli imzalayıb.
Belə ki, S.Əsədovanın əmək müqaviləsinə xitam verilib. Lakin o, teatrdakı fəaliyyətini truppa müdiri olaraq davam etdirəcək.
Qeyd edək ki, 46 yaşlı Əməkdar artist S.Əsədova teatr səhnəsində bir çox obrazlar yaradıb. O, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.