Əməkdar artistin ölüm səbəbi BİLİNDİ
Azərbaycanın Əməkdar artisti Yuri Omelçenkonun ölüm səbəbi bəlli olub.
Redaktor.az Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov oxu.az-a açıqlamasında bildirib ki, aktyor bir müddət əvvəl insult keçiribmiş:
"Xəstəxanada müalicə aldı. Vəziyyəti bir qədər yaxşılaşmışdı. Lakin bir neçə gün əvvəl yenidən insult keçirdi. Onu xəstəxananın reanimasiya şöbəsində yerləşdirdilər. Ürəyində də problemləri vardı. Təəssüf ki, onu xilas etmək mümkün olmadı".