Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
![](https://img.redaktor.az/news/2024/04/photo_238466.jpg?v=MDM6MjUyMDI0LTA0LTIwIDE0OjU2OjQy)
22-27 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək.
Redaktor.az xəbər verir ki, zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, Qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.