"Yeddi oğul istərəm"in aktyorları 54 il sonra bir arada - VİDEO

 14:58 23.04.2024     465

 

"Yeddi oğul istərəm" filminin 3 aktyoru - Xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov və Əbdül Mahmudov uzun müddətdən sonra bir araya gəliblər.

Redaktor.az axsam.az-a istinadən bildirir ki, onların görüşünü prodüser Vasif Ayan təşkil edib. Bildirilib ki, aktyorlar film çəkilişindən 54 il sonra görüşüb.  

Qeyd edək ki, filmdə Rafiq Əzimov Şahsuvar rolunu, Ənvər Həsənov Cəlal rolunu, Əbdül Mahmudov isə Qasım rolunu canlandırıb.