Azərbaycan Ankaradakı festivalda təmsil olunub - FOTO

 16:17 15.05.2024     640

Türkiyənin paytaxtı Ankara şəhərində sənaye zonasında yerləşmiş ilk universitet olan OSTİM Texniki Universiteti OSTİM fondu tərəfindən yaradılıb və fəaliyyəti sözügedən fond tərəfindən dəstəklənir. Universitetdə 1537 tələbə müasir dövrün sənaye və informasiya texnologiyaları, mühəndislik, nano texnologiyalar və s. sahədə təhsil alırlar ki, tələbə qrupunun 448-i beynəlxalq tələbələrdən ibarətdir ki, onların arasında azərbaycanlı tələbələr də təhsil almaqdadırlar.

Redaktor.az xəbər verir ki, 14 may tarixində Ankaradakı OSTİM Texniki Universitetində Beynəlxalq Mədəniyyət Günü Festivalı keçirilib.

Beynəlxalq Mədəniyyət Festivalında Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Özbəskitan, Hindistan, Misir, Anqola, Mozambik və s. ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərinə dair stend təqdim ediblər.   

Festivalda Azərbaycanı Türkiyədəki Səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Festival çərşivəsində Azərbaycan stendi qurulub. Senddə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, Heydər Əliyev Fondunun layihəsi ilə nəşr olunan kitablar, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kilimlər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim edilib.

Festival iştirakçıları Azərbaycan mətbəxinin təamları, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq ediliblər.

İlk öncə OSTİM Texniki Universiteti Beynəlxalq Mədəniyyət Günü Festivalının rəsmi açılışı olub, rektor, professor Murat Yülek çıxış edərək, onlarla ölkənin iştirak etdiyi Festivalın bir Mədəniyyət bayramına çevrildiyini qeyd edib. O, çoxsaylı xarici tələbələrin də təhsil aldığı, Türkiyə və dünyanın inkişaf edən sanayesi üçün mütəxəssislər hazırlayan Universitetdə fərqli dövlətlərin mədəniyyət stendlərinin təşkilinin tələbələrdə böyük maraq yaratdığını qeyd edib.

Tədbirin bədii hissəsində Türkiyə və iştirakçı ölkələrin musiqi və rəqs qrupları çıxış edib. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Xəzər” Rəqs Ansablı milli rəqslərimizi ifa ediblər.

İştirakçı ölkələrin səfirləri, mədəniyyət mərkəzlərinin direktorları ailə fotosu çəkdirdikdən sonra stendlərə baxış keçirilib.

Qonaqlar Azərbaycan stendi ilə tanış olmuş, milli mədəniyyətimizə dair xalçalar, suvenirlərlə tanış olmuş, milli təamlar və şirniyyatlarımıza qonaq ediliblər.  

2222222222222