Dünya şöhrətli prodüser vəfat etdi

 19:21 22.05.2024     379

“Oskar” mükafatlı “Xaç atası” filminin prodüseri Fred Roos 89 yaşında vəfat edib.

Redaktor.az "Fox News"a istinadən xəbər verir ki, o, rejissor Frensis Ford Koppolanın dostu olmaqla yanşı onun filmlərinin, o cümlədən “Xaç atası" filminin 2,3-cü seriyalarının prodüseri də olub.

Onun həmçinin Cek Nikolsondan Tom Kruza qədər bir çox super ulduzun karyerasını qurmağa kömək etdiyi bildirilir.

Fred Roos şənbə günü Kaliforniyanın Beverli Hills şəhərindəki evində vəfat edib. 

Sultan AYXAN