Salam Sarvan kimyaterapiyaya BAŞLAYACAQ

Bir müddətdir ki, səhhətində ciddi problemlər yaranan şair Salam Sarvan keçirdiyi ağır əməliyyatdan sonra bu gün xəstəxanadan evə buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "bakupost.az"a şair özü bildirib.
O qeyd edib ki, bundan sonra da müalicələrini davam edəcək:
“Bu gün xəstəxandan evə buraxıldım. Əslində səhhətimlə əlaqədar dörd dəfə cərrahi müdaxilə olunub. Üçü laparoskopik əməliyyat idi. Əsas 4-cü əməliyyat idi. 11 saat çəkən əməliyyat oldu. Həkimlər deyir ki, yaralar sağalsın, bir az bərpa olun. Kəsdikləri yeri isə əkilməyə veriblər. Nəticəni aldıqdan sonra kimya müalicəsinə başlayacaqlar”.