Azərbaycanda ilk dəfə "Cücələrim" Uşaq Festivalı KEÇİRİLƏCƏK

 15:33 29.05.2024     730

30, 31 may və 1 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, əbədiyaşar Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalını təqdim edəcək.

Redaktor.az bildirir ki, filarmoniyadan verilən xəbərə görə, festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.

 

Festival çərçivəsində uşaq mahnılarından ibarət konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi baş tutacaq.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək (apa).