Mədəniyyət Nazirliyində nə baş verir? - "Azərbaycanfilm"in rəhbərliyi istefa verdi

 16:45 10.06.2024     864

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov vəzifəsindəndən azad edilib.

Redaktor.az xəbər verir ki,  "Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib.

O bildirib ki, direktordan əlavə olaraq Kinostudiyanın rəhbər işçiləri də işdən çıxmaq haqqında ərizələrini təqdim ediblər. Direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun istefa ərizləri təsdiqlənib.

Nazim Hüseynov isə işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

“Azərbaycafilm”ə kimin rəhbər təyin olunacağı ilə bağlı isə dəqiq məlumat yoxdur.