Cavanşir Quliyev efirdə göz yaşı tökdü

 17:36 11.06.2024     724

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev efirdə göz yaşı töküb.

Redaktor.az xəbər verir  ki, bəstəkar “İncə səhər” verilişində qonaq olub. Proqramın kollektivi sənətçiyə gənclik görüntüsünün və indiki halının əks olunduğu tablo hədiyyə edib. 

Bundan əlavə rəsmdə C. Quliyevin “Mən bu gün sözün tam mənasıyla deyə bilərəm ki, bütün varlığımla, qazandıqlarımla, yazdıqlarım və yazacaqlarımla büsbütün anamın əsəriyəm” sözləri də yer alıb.

Tablonu görən bəstəkar göz yaşlarını saxlaya bilməyib.